Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

ETX: "Media qurumlarına ən çox fişinq hücumları olur"
"Son zamanlar ölkədə media subyektləri bəzi kiberhücumlara məruz qalıblar".
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda keçirilən təlimdə Elektron Təhlükəsizlik Xidmətinin Kibertəhlükəsizliyin idarəedilməsi sektorunun aparıcı məsləhətçisi Sənan Vəlizadə deyib.
O bildirib ki, media qurumlarının məruz qaldığı hücumlar içində ilk yerdə fişinq dayanır:
"Fişinq hücumlarının 80-90%-i "initial access" (ilkin giriş - red.) dediyimiz hücumlardır. İnsan faktoru və ani bir diqqətsizlik böyük bir media orqanının infrastrukturunun sıradan çıxmasına gətirir.
Növbəti mərhələdə sosial media hesablarının ələ keçirilməsi gəlir. Biz bu hal ilə də çox rastlaşmışıq. Bir çox media subyektinin sosial media hesabları ələ keçirilir və orada yanlış xəbərlər yayılır.
Sonrakı sırada DDoS hücumları gəlir. Bu daha çox, xidmətin dayandırılması hücumudur. Burada qəsdli şəkildə həmin subyektin fəaliyyətinin dayandırılması hədəflənir.
Həmçinin məlumat sızmaları mərhələsi də var ki, bəzi media qurumlarında təhlükəsizlik tədbirlərinə riayət edilmədiyinə görə məlumatlar əvvəlcədən sızdırılır".
"Elektron Təhlükəsizlik Xidməti" teqi üzrə xəbərlər
- ETX: "İctimai məkanlarda saxta QR-lar vasitəsilə vətəndaşlar aldadılırlar"
- Vətəndaşlara "Azərpoçt"un adından saxta mesajlar göndərilir
- Sektor müdiri: "Media subyektlərində İT mütəxəssis çatışmazlığı var"
- Prezidentdən İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası ilə bağlı SƏRƏNCAM
- "Google Chrome"da boşluq aşkarlanıb