Səhər saatlarında Praqanın dəmir yolu vağzalı yaxınlığında iki sərnişin qatarı toqquşub.
Oxu.Az xəbər verir ki, bu barədə Çexiya mətbuatında məlumatlar yayılıb.
Qeyd edilib ki, qəza nəticəsində 34 nəfər xəsarət alıb. Hadisə yerinə xeyli təcili tibbi yardım briqadası və yanğınsöndürmə bölmələri cəlb olunub.
Zərərçəkənlərin sayının çox olması səbəbindən həkimlər tərəfindən xüsusi fövqəladə reaksiya planı elan edilib.
Hazırda hadisənin başvermə səbəbləri və təfərrüatı araşdırılır. Qəza ilə əlaqədar Praqada bəzi istiqamətlərdə qatarların hərəkəti dayandırılıb.