Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Pravoslav din xadimləri Navalnıya görə Kremlə müraciət ünvanlayıblar
Pravoslav din xadimləri həbsxanada vəfat edən və hələ də dəfn edilməyən rusiyalı müxalif siyasətçi Aleksey Navalnı ilə əlaqədar Kremlə müraciət ünvanlayıblar.
Müraciətdə fevralın 16-da həyatını itirən siyasətçinin cəsədinin dəfn üçün ailəsinə təhvil verilməsi istənilir.
Din xadimləri qeyd ediblər ki, siyasi mövqeyindən asılı olmayaraq, A.Navalnı pravoslav xristian olub və onun xatirəsinə ehtiram göstərilməlidir.
Xatırladaq ki, rusiyalı siyasətçi Aleksey Navalnı fevralın 16-da Rusiyanın Yamalo-Nenetsk Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında qan laxtalanmasından (tromb) vəfat edib.
Mənbə: “Mediazona” “Telegram” kanalı
Rəylər