Rusiya prezidenti Vladimir Putin Xəzər dənizi rayonunda Volqa çayının vəziyyəti ilə maraqlanıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə RİA Novosti məlumat yayıb.
Rusiya Coğrafiya Cəmiyyətinin Qəyyumlar Şurasının iclasında çıxış edən məruzəçilərdən biri Baykal gölü və Volqa çayının vəziyyətindən danışıb.
“Volqanın deltası təmizdir?” - deyə Rusiya prezidenti sual verib.
Müsbət cavab alan V.Putin qeyd edib ki, “bundan sonra balıq tutmağa Volqa çayına gedəcəyik”.
S.B.
www.oxu.az