Bakı metropolitenində “İnşaatçılar” və “Elmlər Akademiyası” stansiyaları arasında qatar tuneldə qalıb.
Oxu.Az-ın məlumatına görə, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev APA-ya açıqlamasında faktı təsdiqləyib.
O, bildirib ki, “Dərnəgül-Həzi Aslanov” xətti ilə hərəkət edən qatar texniki nasazlıq üzündən “İnşaatçılar” və “Elmlər Akademiyası” arasındakı tuneldə qalıb. Problem 9 dəqiqə davam edib. Nasazlıq aradan qaldırılıb və qatar hərəkətinə davam edib.
Baş vermiş hadisə üzündən hazırda Bakı metropolitenində qatarların hərəkət qrafikində ləngimə müşahidə olunur. Nəsimi Paşayev bildirib ki, ləngimə müddəti get-gedə azalır və tezliklə qatarların hərəkəti qrafikə uyğun davam edəcək.
21:17
Bakı metrosunda problem yaşanıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Qafqazinfo-ya sərnişinlər məlumat veriblər.
Məlumata əsasən, “Dərnəgül-Həzi Aslanov” xəttində ləngimə olub. Belə ki, metronun “İnşaatçılar” stansiyasında qatar dayanıb.
Sərnişinlərin sözlərinə görə, 10 dəqiqəyə yaxındır ki, qatar tuneldə hərəkətsiz vəziyyətdədir.
S.B.
www.oxu.az