İTV-nin aparıcısı Könül Arifqızı Mədəniyyət kanalını oğurluqda ittiham edib.
Oxu.Az xəbər verir ki, teleaparıcı kanalın müəllifi olduğu “Bir mahnının tarixçəsi” layihəsinin materiallarından icazəsiz istifadəsindən narazılığını sosial şəbəkədə paylaşıb.
“Mədəniyyət kanalında konsert gedir. Hər mahnıdan öncə qısa tarixçələr təqdim olunur. Aparıcıların təqdim etdiyi bu tarixçələri “Bir mahnının tarixçəsi”ndən götürülən, hətta cümlə və sitatları olduğu kimi təkrarlayan Mədəniyyət kanalına təşəkkür edirəm. Çox gülməli vəziyyətdir, ayıbdır” - yazaraq, iradını bildirib.
Z.Q.