Vladimir Putin Aleksandr Belqova Sankt-Peterburqun qubernatoru vəzifələrini müvəqqəti icra etməyi tapşırıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı Rusiya KİV məlumat yayıb.
Bu qərar Putin, Belqov və Poltavçenkonun (Peterburqun bir müddət əvvəl istefaya göndərilən qubernatoru - red.) üçtərəfli görüşü zamanı verilib. Buna qədər Belqov Şimal-Qərb federal dairəsində Rusiya Federasiyasının prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsində çalışıb.
Aleksandr Dmitriyeviç Belqov 1956-cı il mayın 19-da Bakıda doğulub. Onun atası İkinci Dünya Müharibəsinin iştirakçısıdır.
1983-cü ildə o, Leninqrad İnşaat Mühəndisliyi İnstitutunu sənaye və mülki mühəndislik ixtisası üzrə bitirib.

Qeyd edək ki, Sankt-Peterburqun sabiq qubernatoru Gerorgi Poltavçenko da Bakıda doğulub. G.Poltavçenko 1960-cı ildə hərbçi ailəsində dünyaya göz açıb. Gələcək siyasətçi yeddi yaşında valideynləri ilə birgə Leninqrada köçüb.
Oxu.Az yeniləndi!