Rusiya prezidenti Vladimir Putin Niderlandın baş naziri Mark Rütte ilə Donetsk üzərində qəzaya uğrayan Malayziya “Boeing”inin istintaqını müzakirə edib.
Oxu.Az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Putin növbəti dəfə Ukrayna da daxil olmaqla bir neçə ölkəni dəstəklədiyi beynəlxalq tribunalın məqsədəuyğun olmadığını qeyd edib. O, bu ölkələrin “Boeing” üzrə qətnamə layihəsini təkzib etmələrinə təəssüfləndi.
Bundan başqa, Putin onun Moskvanın bu qəzanın istintaqında fəal iştirakının olmamasına dair sualları olduğunu bəyan edərək, Rusiyanın bu məsələdə əməkdaşlığa hazır olduğunu qeyd edib.
Rusiya Federasiyası prezidenti həmçinin Rusiyanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının 2014-cü il iyul ayının 21-də qəbul edilmiş bəyanatına riayətin labüdlüyünü vurğulayıb.