Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayib Ərdoğan mayın 3-də Soçidə görüşəcəklər, bu barədə rusiyalı liderin mətbuat katibi Dmitri Peskov bəyan edib.
Oxu.Az russian.rt.com-a istinadən xəbər verir ki, Peskov görüş zamanı liderləri Suriya münaqişəsinin nizamlanması mövzusuna diqqət ayıracaqlar.
Daha öncə Peskov Ərdoğanın Rusiyaya mümkün səfərindən danışmışdı.
S.S.
www.oxu.az