Rusiya prezidenti Vladimir Putin tezliklə Suriya lideri Bəşər Əsədi dəstəkləməkdən imtina edə bilər, yerli mətbuata verdiyi müsahibədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
“İndi Putinin Suriyaya münasibəti əvvəlkindən daha ümidvericidir”, - Oxu.Az BBC-yə istinadən xəbər verir ki, Ərdoğan, bu barədə Asiya turnesindən dönərkən ingilis dilində dərc olunan “Daily Sabah” qəzetinə verdiyi müsahibədə bəyan edib.
Ərdoğanın sözlərinə görə, onda bu təəssüratlar rusiyalı lider ilə Bakıda keçirdiyi görüşdən və telefon danışığından sonra yaranıb.
“O, daha Rusiyanın Əsədi sona qədər dəstəkləməyinin lazım olduğunu düşünmür. Mən düşünürəm ki, Əsəddən üz döndərə bilər”, - Ərdoğan bəyan edib.
Suriyada vətəndaş münaqişəsi 2011-ci ilin martından davam edir, onun qurbanları müxtəlif məlumatlara görə, 20 mindən 40 minə qədər insan olub.
Rusiya münaqişədə müntəzəm olaraq cari prezident Bəşər Əsədin müdafiəsi rejimində çıxış edir.