Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Putin Həbib Nurməhəmmədova dəyəri milyonlarla dollarla ölçülən mənzil hədiyyə edib
UFC-nin rəhbəri Dana Uayt verdiyi sonuncu açıqlama ilə diqqət mərkəzinə düşüb.
O bildirib ki, Rusiya prezidenti Vladimir Putin Həbib Nurməhəmmədovu irlandiyalı Konor Makqreqor üzərində qələbədən sonra yüksək məbləğdə hədiyyə ilə mükafatlandırıb.
“O, döyüşdən dərhal sonra, soyunub-geyinmə otağına hələ çatmamış, Vladimir Putin artıq ona zəng etmişdi. Vladimir Putin ona və atasına Rusiyada təxminən 20 milyon dollar dəyərində daşınmaz əmlak hədiyyə etdi” – UFC rəhbəri söyləyib.
Xatırladaq ki, Həbib Nurməhəmmədovla Konor Makqreqor arasında baş tutan döyüş 2018-ci ilin oktyabr ayında baş tutub. H.Nurməhəmmədov dördüncü raundda rəqibi Konor Makqreqoru boğucu fəndlə təslim olmağa məcbur edib.
Mənbə: “Games With Names”