Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkelə Ukrayna böhranının həll olunması üçün “çeçen” variantını təklif edib. Bu barədə Financial Times yazıb.
Oxu.Az-ın məlumatına görə, qəzetə məlum olub ki, Brisbendə danışıqlar zamanı Putin belə bir fikir bildirib ki, Ukrayna hakimiyyəti müstəqilliklərini elan etmiş Donetsk və Luqansk “xalq respublikalarına” qarşı
Moskvanın Çeçenistana qarşı yürütdüyü eyni siyasəti – onları və müxtariyyəti pula almaq – aparmalıdır.
Nəşr iddia edir ki, bu, Merkeli şoka salıb.
Nəşrdə qeyd olunub ki, artıq növbəti gün Sidneydə Almaniya kansleri əvvəlkindən daha ehtiyatlı bəyanatlar səsləndirib. O, xəbərdarlıq edib ki, Rusiya yalnız Ukraynanı deyil, Gürcüstan və Balkan ölkələrini də təhdid edə bilər.
Kremldəki mənbə Brisbendə danışıqlardan sonra deyib ki, Putin və Merkel arasında diplomatik dairələrdə danışıldığı kimi heç bir “xüsusi münasibətlər” olmayıb. Onun sözlərinə görə, “Putin və Merkeli bir-birini heç vaxt gözləri götürməyib”, lakin peşəkar olduqlarına görə onlar bunu uzun müddət gizlədiblər.