SOCAR tələbələr üçün 2014-2015-ci tədris ili üzrə yeni Təqaüd proqramı ilə əlaqədar müsabiqə elan edib.
Bu barədə Oxu.Az-a Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
Belə ki, müsabiqə Bakı Ali Neft Məktəbi istisna olmaqla, ölkənin ali təhsil müəssisələrinin bakalavr (yalnız əyani şöbə) və magistratura (əyani və ya qiyabi şöbələr) pillələrinin müvafiq ixtisaslarında təhsil alan tələbələrə şamil olunur.
Xatırladaq ki, proqrama müraciət etmək istəyən tələbələr fevralın 23-dək www.socar.az/tehsil veb-səhifəsindən müsabiqənin şərtlər və suallar bölməsi ilə tanış olduqdan sonra ərizə-anket formasını dolduraraq qeydiyyatdan keçməlidirlər.
www.oxu.az