Parisdə keçirilən BMT-nin İqlim dəyişikliyi Konfransında Rusiya və ABŞ prezidentləri arasında görüş keçirilib.
Oxu.Az xəbər verir ki, qapalı keçən görüş yarım saat davam edib.
“Obama Putinə deyib ki, Bəşər Əsəd Suriyada siyasi nizamlanma çərçivəsində hakimiyyətdən getməlidir”, - Reuters Ağ Ev rəsmisinin sözündən sitat gətirir.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, ölkə başçılarının görüşündə Suriya və Ukrayna böhranının siyasi yolla nizamlanması müzakirə olunub.