Rusiya və ABŞ prezidentləri Ukraynadakı böhranın həlli yollarını müzakirə ediblər.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Putin Obamanı ABŞ-ın bütün imkanlarından istifadə edərək Ukraynada zorakılıq və qan tökülməsinə imkan verməməyə çağırıb.
“Ukrayna hökuməti ilk növbədə, regionları və aparıcı siyasi qüvvələri yeni Konstitusiyanın hazırlanmasına cəlb etməlidir”, - deyə Putin qeyd edib.
Bundan başqa, Putin Obamanın nəzərinə çatdırıb ki, Rusiyanın Ukraynanın cənubi-şərqinə müdaxiləsi barədə ABŞ-ın narahatlığı yanlış məlumatlara əsaslanır.