Müğənni İlhamə Qasımova əcnəbi ölkəyə yollanıb.
Oxu.Az xəbər verir ki, həyat yoldaşı ifaçının Fransaya getmək arzusunu gözündə qoymayıb. Müğənni gəzinti zamanı çəkdirdiyi fotoları İnstagram səhifəsində paylaşıb.
Xatırladaq ki, ötən həftə İlhamə Qasımovanın “The Big Apple Music Awards 2014”də Azərbaycanın ən yaxşı qadın artisti kimi namizədliyi irəli sürülüb.
Aytən Sadıqzadə
www.oxu.az