Rusiya prezidenti Vladimir Putin Özbəkistan prezidenti İslam Kərimovun xatirəsini yad etmək üçün Səmərqəndə gedib.
Oxu.Az bu barədə İnterfaks-a istinadən xəbər verir.
Xatırladaq ki, bu ərəfədə Vladimir Putin sentyabrın 6-da Özbəkistana gedəcəyini təsdiqləmişdi. O bəyan edib ki, Kərimov ona hər zaman mehriban münasibət bəsləyib.
İslam Kərimov sentyabrın 2-də vəfat edib. Sentyabrın 3-də onun Səmərqənddə dəfn mərasimi keçirilib.
N.O.