KXDR lideri Kim Çen In ölkənin nüvə silahını möhkəmləndirməyin lazım olduğunu vurğulayıb.
Oxu.Az RİA Novosti-yə istiandən xəbər verir ki, bu bəyanatı o, ballistik raketin sınağında iştirak edərkən bildirib.
Kim Çen In vurğulayıb ki, ölkəyə hidrogen bombanın sınağı ilə başlamış “tarixi ildə” yeni “nüvə qüvvəsinin möhkəmləndirilməsi işində möcüzəli nailiyyətlər” lazımdır.
Bazar ertəsi sentyabrın 5-də KXDR şərq sahilindən Yapon dənizi istiqamətində üç balistik raketin buraxılışı həyata keçirilib.
Raketlər min km məsafə qət edərək Yaponiyanın iqtisadi zonasında ölkənin şimal adası Hokkaydodan 200-250 km aralıqda düşüblər. Tokio Phenyana raket buraxılışı iləə laqədar etiraz bildirib.
N.O.