Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə avqustda Soçidə görüşə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə “Kommersant” yazır.
Nəşrin yazdığına görə, iyulun 1-də iki ölkənin Xarici İşlər nazirliklərinin razılığa gəldikləri halda, görüş bir qədər öncə baş tuta bilər.
Ərdoğan iyunun 29-da Putin ilə söhbət zamanı bəyan edib ki, onlar sentyabrın 4-5-də Çində baş tutacaq G20 sammiti çərçivəsində görüşmək barədə razılığa gəliblər.
Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bu məlumatı təsdiqləyə bilməyib. Onun sözlərinə görə, görüşün yeri və zamanı diplomatik kanallar vasitəsilə dəqiqləşdiriləcək.