Rusiya rus turistləri üçün Türkiyəyə səfər mədudiyyətini aradan qaldırmağı planlaşdırır.
Oxu.Az Kremlin mətbuat xidmətinin məlumatlna istinadən xəbər verir ki, bu barədə Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında baş tutan telefon danışığında söhbət gedib.
“CNN Turk” kanalının Türkiyə Prezidenti Administrasiyasındakı mənbəyinə istinadən məlumatına görə, Putin və Ərdoğan şəxsən görüşmək barədə razılığa gəliblər.
14.29
Rusiya və Türkiyə prezidentləri Vladimir Putinin və Rəcəb Tayyib Ərdoğanın telefon danışığı 40 dəqiqə çəkib.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə televiziyasına istinadən RİA Novosti məlumat yayıb.
Türkiyə prezidentinə yaxın olan mənbənin məlumatına görə, söhbət “çox məhsuldar və pozitiv” olub.
14.26
Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Daha öncə “Cumhuriyet” qəzeti liderlərin iki ölkə arasında münasibətləri, o cümlədən də İstanbul aeroportunda baş verən terror aktını müzakirə edəcəkləri barədə məlumat yaymışdı.