Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Putinlə Merkel Süleymanini müzakirə edəcək – “Dünya İranın intiqamından qorxur”
Yanvarın 11-də Almaniya Kansleri Angela Merkel Rusiyaya səfər edəcək.
Oxu.Az-ın məlumatına görə, Almaniyanın “Bild” nəşri Angela Merkellə Rusiya Prezidenti Vladimir Putinin görüşündə müzakirə olunacaq məsələlər barədə yazıb.
Bildirilib ki, əvvəlcə görüşün Ukraynadakı münaqişəyə və Liviyadakı böhrana həsr olunacağı düşünülürdü. Lakin iranlı general Qasım Süleymaninin öldürülməsindən sonra Merkelin Moskva səfərinin tamamilə yeni bir xarakter alacağı gözlənilir.
“Dünyada İranın intiqamından böyük qorxu var”, - deyə “Bild” yazıb.
Həmçinin, qeyd olunub ki, Qərb general Süleymaninin ölümündən sonra Rusiyanın İraqda yaranan vəziyyətdən faydalana biləcəyindən və Bağdaddakı təsirini artırmasından qorxur.
Avropa Parlamentinin üzvü Elmar Brok deyib ki, Moskvanı hərbi cəhətdən ABŞ-İran qarşıdurmasından uzaq tutmaq lazımdır.
“Bu zaman İran İraqdakı vəziyyəti gərginləşdirməyə davam edə bilməz”, - deyə E.Brok bildirib.
Almaniya Bundestaqının Xarici siyasət komitəsinin sədri Norbert Röttgenin fikrincə, Rusiya lideri V.Putin İran rəhbərliyinə təsir edir:
“Rusiyanı inandırmaq lazımdır ki, vəziyyəti gərginləşdirmək üçün heç bir addım atılmasın. Rusiya Yaxın Şərqdə gücə çevrildikdən sonra tənzimləyici qüvvə kimi prosesə cəlb olunmalıdır”.
Aqşin Kərimov
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniyadan Rusiya ilə müharibə üçün 1000 səhifəlik məxfi plan barədə RƏSMİ AÇIQLAMA
- Bu xəbərləri qaçırmayın: 21.11.2024-ün ən mühüm hadisələri
- Annalena Berbok: "İqlim maliyyəsi sahəsində əməkdaşlığın genişləndirilməsi vacibdir"
- Almaniyada maraqlı hadisə: Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
Rəylər