"Əgər Minskdə sammit keçirmək istəsələr, Belarus Vladimir Putin və Volodimir Zelenski arasında görüş təşkil etmək üçün lazım olan hər şeyi edəcək".
Oxu.Az-ın "BelTA"ya istinadən xəbərinə görə, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
O əlavə edib ki, danışıqları təşkil etmək "istəyi ilə yaşamır", lakin ölkəsinin paytaxtını görüş üçün ideal yer hesab edir.
Qeyd edək ki, Rusiya və Ukrayna prezidentlərinin sammiti üçün mümkün yerlər arasında Roma, Cenevrə və Budapeştin adı çəkilib. Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefon danışığında sammiti Moskvada təşkil etməyi təklif edib.