Rumıniya sahilləri yaxınlığında vurulan gəmidə olan azərbaycanlılar xilas ediliblər.
Oxu.Az Axar.az-a istinadən xəbər verir ki, xilas edilən üç azərbaycanlının hotelə yerləşdirildiyi bildirilir.
Onların fotosunu təqdim edirik:

Qara dənizdə Rumıniya sahillərində batan ticarət gəmisində olan azərbaycanlıların adları məlum olub.
Oxu.Az Axar.az-a istinadən xəbər verir ki, gəminin göyərtəsində olan üç Azərbaycan vətəndaşı xilas edilib.
Onlar Kənan Cabbar oğlu Həsənov, Rüfən Xaliq oğlu Əhmədov və İmran Hüseyn oğlu Tağıyevdir.
Məlumata görə, hücum zamanı Rüfən Əhmədov yüngül xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında göyərtəsində azərbaycanlıların da olduğu ticarət gəmisinin batması nəticəsində bir nəfər həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı mənbələrə istinadən "Realitatea Plus" telekanalı yayıb.
Məlumata əsasən, yerli vaxtla saat 10:00-da Rumıniya Hərbi Dəniz Qüvvələrinə qəza siqnalı daxil olub. Gəminin göyərtəsində ümumilikdə 13 nəfər - 10 Ukrayna və 3 Azərbaycan vətəndaşı olub.
Hazırkı vaxtadək sudan doqquz nəfəri sağ çıxarmaq mümkün olub, bir nəfərin isə öldüyü bildirilir.
Əlverişsiz hava şəraiti axtarış-xilasetmə tədbirlərinin gedişatını çətinləşdirsə də, əməliyyatlar davam etdirilir. Gəminin hansı səbəbdən zədələndiyi hələlik məlum deyil. Onun neft məhsulları daşıya biləcəyi ehtimal olunur.