Dağlıq Qarabağda dekabrın 8-nə keçən gecə odlu silahdan yaralanan erməni işğalçı ordusunun 20 yaşlı əsgəri Albert Postolokyan ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinə istinadən “Novosti Armenii” məlumat yayıb.
Hadisə saat 02:45 radələrində Mardakert istiqamətində baş verib. Hadisənin təfərrüatları aydınlaşdırılır.
N.O.
www.oxu.az