Fəaliyyətini dayandıran “Azərqarant Sığorta” kreditorlarına müraciət edib.
Şirkətin ləğvetmə komissiyasından Oxu.Az-a verilən məlumata görə, kreditorlar tələbləri ilə bağlı iki ay müddətində Bakı şəhəri Nəsimi rayonu, 28 May küçəsi, 72 nömrəli ünvana müraciət edə bilərlər.
Qeyd edək ki, kapital çatışmazlığı ilə üzləşən sığorta şirkəti oktyabr ayının sonundan etibarən fəaliyyətini dayandırıb.
U.A.
www.oxu.az