Gürcüstanda yaşayan müsəlmanlar yalnız bizim dövlətin ayrılmaz hissəsi deyil, həmçinin bizi islam dünyası ilə bağlayan körpüdür. Bu da qloballaşma şəraitində xüsusi əhəmiyyət kəsb edir.
Oxu.Az Gürcüstan KİV-nə istinadla xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili iftar zamanı Gürcüstanın müsəlman əhalisinə müraciətində deyib.
O deyib ki, Gürcüstanda müsəlmanlar və xristianlar sülh şəraitində yaşayırlar və ölkə hər zaman tolerantlığı ilə seçilib.
“Qardaşlar, bizim dinlərimiz müxtəlifdir, lakin məhz bu fərq bizim ölkənin sərvətidir. Bunsuz Gürcüstanın mövcudluğunu təsəvvür etmək mümkün deyil.
Bizim ölkə həqiqətən də dini dözümlülük və tolerantlığı ilə seçilir”, - baş nazir qeyd edib.