İŞİD yaraqlıları internetdə növbəti edam videosunu yerləşdiriblər. Edam öz qəddarlığı ilə heyrətləndirir.
Oxu.Az “Lifenews”a istinadla xəbər verir ki, videoda Suriya ordusunun zabitinin edam səhnəsidir. Cəllad rolunda isə 10 yaşlı oğlan çıxış edir. Uşaq özü hərbçinin başını bıçaqla kəsir.
“Daily Mail” nəşri məlumat verib ki, edam Homs əyalətində suriyalı hərbçinin Əl-Bosayri blokpostu yaxınlığında terrorçulara əsir düşməsindən sonra həyata keçirilib.