Bu gün Abşeron və Lənkəranda intihara cəhd olub.
Oxu.Az Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Abşeron rayonunda 1 nəfər intihar etmək niyyətini nümayiş etdirib. Dərhal Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınıb.
Lənkəran şəhərində də həmçinin 1 nəfər intihar etmək niyyətini nümayiş etdirib. Dərhal Nazirliyin hadisə yerinə cəlb olunan xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınıb.