Hindistanda qatarda baş vermiş yanğın nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bundan əvvəl faciə nəticəsində 23 nəfərin öldüyü bildirilirdi.
Qeyd edək ki, bu gün səhər saatlarında Andxra-Pradeş ştatının cənub-şərqində Nanded şəhərindən Banqalor şəhərinə hərəkət edən ekspress sərnişin qatarında yanğın baş verib. Yanğın baş verən an qatarda 76 sərnişin olub.
Məlumata görə, maşinist yanğın haqqında məlumatı alan kimi dərhal qatarı dayandırıb. Yanğın 2-ci vaqonda baş verib. Bir neçə sərnişin vaqonun şüşələrini qıraraq qatarı tərk edə bilib. Hadisə nəticəsində 15 nəfərin ağır xəsarət aldığı bildirilir.