Dekabrın 28-də Azərbaycanda zəlzələ baş verib.
Oxu.Az-ın AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına istinadən verdiyi xəbərə görə, zəlzələ saat 20:55-də Siyəzəndən 9.5 km şimal-qərbdə Şabran rayonunda qeydə alınıb.
Maqnitudası 3,10 olan, 10 km dərinlikdə baş verən zəlzələ hiss olunmayıb.