Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Qazaxıstan daha iki AES-in inşasına başlamağı planlaşdırır
"Qazaxıstan yaxın gələcəkdə ikinci və üçüncü AES-in inşasına başlaya bilər".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə ölkə prezidenti Kasım-Jomart Tokayev "Ana tili" ("Ana dili") qəzetinə müsahibəsində bildirib.
O, Qazaxıstana böyük, güclü atom stansiyasının lazım olduğuna əminliyini bildirib.
"Üstəlik, yaxın gələcəkdə ikinci və bəlkə də üçüncü AES-in tikintisini başlayacağımızı istisna etmirəm. Nüvə sənayesi artıq enerji çatışmazlığı yaşayan iqtisadiyyatımızın inkişafına güclü təkan verəcək. Hesab edirəm ki, Qazaxıstan inkişaf etmiş nüvə energetikasına malik ölkəyə çevrilməlidir. Onun böyük gələcəyi var", - deyə Qazaxıstan lideri bildirib.
"Qazaxıstan" teqi üzrə xəbərlər
- Astana AZAL-a məxsus təyyarə qəzasının tam araşdırılması üçün ICAO ilə əməkdaşlığı davam etdirəcək
- Qazaxıstanın baş naziri Heydər Əliyev Mərkəzində olub
- Prezident İlham ƏIiyev Qazaxıstanın Baş naziri Oljas Bektenovu qəbul edib
- Qazaxıstanın baş naziri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini anıb
- Qazaxıstanın baş naziri Bakıda Zəfər parkını ziyarət edib