Qazaxıstan OPEK-in üzv ölkələri və təşkilata daxil olmayan ölkələrin görüşündə iştirak etməyə dəvət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə cümə axşamı Qazaxıstanın Energetika Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
“Qazaxıstan dəvəti bu yaxınlarda alıb. İştirak haqqında məsələ bu gün üçün həll edilməyib”, - agentliyin həmsöhbəti telefon danışında bildirib.
Qeyd edək ki, neft hasilatçısı ölkələrinin geniş formatda görüşü Qətərin paytaxtı Dohada aprelin 17-də keçiriləcəyi gözlənilir. Daha öncə Qazaxıstanın energetika naziri Vladimir Şkolnik dəvət alındığı təqdirdə, respublikanın görüşdə iştirak etməyə hazır olduğunu bəyan etmişdi.