Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Qazaxıstanda helikopter qəzası: Ölən və yaralananlar var
Qazaxıstanın Aktobe vilayətində "Mi-8" helikopteri qəzaya uğrayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat verib.
Məlumata görə, Martuk rayonunun Sarıjar kəndi yaxınlığında helikopter sərt eniş edib. Helikopterin Qazaxıstan Respublikasının Müdafiə Nazirliyinə məxsus olduğu ehtimal edilir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qüvvə və vasitələri cəlb edilib. Qəzadan sonra baş verən yanğın söndürülüb. Helikopterin göyərtəsində üç nəfər olub, onlardan biri dünyasını dəyişib.
Digər iki zərərçəkən xəstəxanaya yerləşdirilib.
"Qazaxıstan" teqi üzrə xəbərlər
- Azərbaycanla iki ölkə arasında yaşıl enerjiyə dair strateji tərəfdaşlıq haqqında saziş təsdiqləndi
- AZAL-ın qəzaya uğrayan təyyarəsinin pilotları ilə danışıqların stenoqramları kimlərdə var?
- Qazaxıstan "Embraer"in təyyarələrini istismardan çıxarıb
- AZAL təyyarəsinin qəzası üzrə hesabat nə vaxt tamamlanacaq? - AÇIQLANDI
- Qazaxıstanda mədənin çökməsi zamanı dağıntılar altında qalan yeddi nəfərin meyiti tapıldı
Ən çox oxunanlar