Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![Sabahın hava proqnozu AÇIQLANDI - 10.11.2024](https://images.oxu.az/2024/11/09/kftdS3o99m6kAwKjNnQEXi8ycasFIVI61tItIlhH:1200.jpg)
Sabahın hava proqnozu AÇIQLANDI - 10.11.2024
Azərbaycan ərazisində noyabrın 10-da gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 8-11° isti, gündüz 13-17° isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət gecə və gündüz 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-8° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.
![](https://img.youtube.com/vi/HLcpsBsHww8/sddefault.jpg)
"Hava proqnozu" teqi üzrə xəbərlər
- Sabah yağış yağacaq, duman olacaq - 06.02.2025
- Yaponiyaya 1972-ci ildən bu yana rekord miqdarda qar yağıb: Xəbərdarlıq edildi
- Küləyin sürəti bəzi yerlərdə güclənib - FAKTİKİ HAVA
- BDYPİ qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
- Temperatur kəskin enəcək, bəzi yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Rəylər