Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
:1200.jpg)
Qazaxıstanda maska rejimi bərpa edilir
Qazaxıstanda koronavirus və qızılca ilə əlaqədar maska rejimi bərpa edilir. Tibb müəssisələrində bu məcburidir, ictimai yerlərdə isə tövsiyə olunur.
Ölkə başçısının sərəncamına əsasən, respublikanın səhiyyə müəssisələrində maska rejimi tətbiq edilib. Bu təşkilatların rəhbərləri tibb müəssisələrində personal və ziyarətçilərin tibbi maskalardan istifadəsini, həmçinin antiseptik vasitələrin olmasını təmin etməlidirlər.
İctimai yerlərə gəlincə, qoruyucu vasitələrin istifadəsi tövsiyə edilir.
“İnsanların sıx toplaşdığı yerlərdə (hava limanları, qatar stansiyaları, marketlər, ticarət mərkəzləri, teatrlar, kinoteatrlar, əhaliyə xidmət mərkəzləri, banklar və s.), eləcə də bütün nəqliyyat vasitələrində tibbi və ya parça maskalardan istifadə edilməsi tövsiyə edilsin”, - deyə sənəddə bildirilir.
Xatırladaq ki, fevralın 7-də Qazaxıstan Parlamentində COVID-19-la əlaqədar məcburi maska rejimi tətbiq edilib. Parlamentin sədri Yerlan Koşanov və prezidentin müşaviri Kanat Bozumbayev artıq koronavirusa yoluxublar. Orada keçirilən tədbirlərdə jurnalistlərdən də tibbi maska taxmaq tələb olunub.
Mənbə: kz.kursiv.media
"COVID-19" teqi üzrə xəbərlər
- Pandemiya bitməyib: ÜST-dən COVID-19 ilə bağlı yeni təhlükəli virus XƏBƏRDARLIĞI
- Korrupsiya, narkotik istehsalı, talama: USAID bataqlığı qurudulur
- COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb
- Bakıda COVID-19 xəstələrinə xidmət edən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzandı
- ABŞ-də məmurlara səkkiz aylıq maaş müqabilində işdən çıxmaq təklif edilib
Rəylər