Qazaxıstanın şimalındakı Akcar rayonunda elevator işçisi olan qadın taxıl anbarına düşərək taxılda boğulub.
Bu barədə Oxu.Az Qazaxıstan KİV-ə istinadən xəbər verir.
Məlumata görə, 34 yaşlı qadın 30 metr hündürlükdən taxıl anbarına yıxılıb. Müəssisənin işçiləri xilasediciləri çağırıblar. Qadın tapıldığı zaman isə təcili yardım işçiləri onun asfiksiyadan öldüyünü təsdiqləyiblər.
Regional polis departamentinin mətbuat xidməti faktı təsdiqləyib və əmək təhlükəsizliyi qaydalarının pozulması ilə bağlı cinayət işi açıldığını, araşdırma aparıldığını bildirib.