Türkiyə istehsalı olan ANKA pilotsuz uçuş aparatları Qazaxıstanda istehsal olunacaq.
Bu barədə dronun tərtibatçısı olan Türkiyənin TUSAŞ aerokosmik şirkəti xəbər yayıb.
PUA-ların texniki xidməti və təmiri bu ölkədəki birgə müəssisədə həyata keçiriləcək.
Beləliklə, Qazaxıstan ANKA pilotsuz təyyarələrinin istehsalına başlanılacaq ilk xarici ölkə olacaq.
_9 New folder_20220511_2_53457082_76787963:640.jpg)
Mənbə: Anadolu agentliyi