Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Qazaxıstanda yaşayış icazəsi pulla satılacaq
Qazaxıstan Xarici İşlər Nazirliyi 30 aprel 2025-ci il tarixindən etibarən ölkədə investisiya vizasının tətbiqini elan edir. Xarici vətəndaşlar 300.000 ABŞ dolları investisiya qarşılığında Qazaxıstanda yaşayış icazəsi ala biləcəklər.
Oxu.Az Zakon.kz-ya istinadən xəbər verir ki, bunu Qazaxıstan XİN-in Mətbuat Xidməti bildirib.
Viza ölkənin investisiya cəlbediciliyinin artırılması və uzunmüddətli biznes əməkdaşlığının dəstəklənməsi üçün nəzərdə tutulub. Sənəd 10 il müddətinə veriləcək.
Daha əvvəl 1 iyun 2025-ci ildən Özbəkistanda "qızıl viza"nın tətbiq ediləcəyi bildirilmişdi.
"Qazaxıstan" teqi üzrə xəbərlər
- AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı məlumatların toplanması başa çatıb
- Qazaxıstan kriptovalyutanı qanuniləşdirəcək
- Qazaxıstan-Rusiya sərhədi yaxınlığında qəza: Ölənlər və yaralananlar var
- Qazaxıstanda sirk tamaşası faciə ilə bitdi - Qadın akrobat hündürlükdən yerə çırpıldı
- Qazaxıstanda paradı çəkən qadına dron xəbərdarlıq etdi: "Pəncərədən uzaqlaşın"
Ən çox oxunanlar