Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Rusiyada erməniəsilli deputata qarşı cinayət işi qaldırıldı
Rusiyanın Perm diyarının Osinsk Şəhər Dumasının deputatı və "Realnıye patsanı" serialının erməniəsilli aktyoru Armen Bejanyana qarşı yeraltı sərvətlərin mühafizəsi və istifadəsi qaydalarının pozulması maddəsi üzrə cinayət işi qaldırılıb.
Oxu.Az "Baza" "Telegram" kanalına istinadla xəbər verir ki, Perm diyarının İstintaq Komitəsi aktyorun 140 milyon rubl (təqribən 290 min manat - red.) məbləğində zərərə yol açan hərəkətlərə yol verdiyini müəyyənləşdirib.
O, təqsirkar bilinərsə, onu 200 min rubla (təqribən dörd min manat) qədər cərimə və ya iki ilə qədər islah işləri gözləyə bilər.
Eyni zamanda, iş adamı olan Bejanyan bir neçə şirkətə rəhbərlik edir.
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Dağıstanda Basayev dəstəsinin daha bir üzvü saxlanıldı
- Rusiyaya yüzlərlə kiloqram heroin keçirən şəxs Azərbaycanda SAXLANILDI
- Rusiyada rektor "Ana Vətən çağırır" abidəsində ekskursiya zamanı faciəli şəkildə ölüb
- Putin: "Rusiya-Ukrayna sərhədi boyu bufer zona yaradılacaq"
- Rusiya vətəndaşı Bakıya gələrkən təyyarədə ölüb