Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![Qətər Avropanı qaz tədarükünü dayandırmaqla hədələyib](https://images.oxu.az/2024/12/22/bglGt9u0B8MooDH8SQi1ZQjDmG3kkiwCGseyyxP1:1200.jpg)
Qətər Avropanı qaz tədarükünü dayandırmaqla hədələyib
"Əgər ölkələr istixana qazı emissiyası qaydalarına əməl etmədiklərinə görə cəzalar tətbiq edən yeni qanuna əməl etsələr, Qətər Avropaya qaz tədarükünü dayandıra bilər".
Oxu.Az xəbər verir ki, bunu Qətərin energetika naziri Saad əl-Kaabi "Financial Times" nəşrinə deyib.
2027-ci ildə qüvvəyə minəcək yeni qanuna əsasən, Avropa ölkələri şirkətləri illik gəlirlərinin 5%-i məbləğində cərimələyə bilər. Bununla belə, eyni zamanda, milli neft və qaz şirkəti "QatarEnergy"nin baş icraçı direktoru olan əl-Kaabi, şirkətinin gəlirinin 5%-nin Qətər üçün gəlir itkisi olduğundan şikayətlənib.
"Bu, xalqın puludur, ona görə də, mən bu pulları itirməyə hazır deyiləm. Heç kim bu cür pulu itirməklə barışa bilməz", - o bildirib.
Xatırladaq ki, Qətər təbii qaz ehtiyatlarına görə dünyada üçüncü, hasilatına görə isə altıncı yerdədir.
"Qətər" teqi üzrə xəbərlər
- Burak Özçivit qadın pərəstişkarı ilə şəkil çəkdirmək üçün bir milyon dollar alıb?- Modeldən açıqlama
- Qətər Qəzza üzrə razılaşmanın yekun layihəsini İsrailə və HƏMAS-a təhvil verib
- İsrail nümayəndə heyəti atəşkəs danışıqları üçün Qətərə gedir
- Qətərdə Yeni il şənliyindən sonra çox sayda insan xəsarət alıb
- Prezident İlham Əliyev Qətər əmirini təbrik edib
Rəylər