Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Oğuzda avtomobil ağaca ÇIRPILDI
Oğuzda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var.
Oxu.Az APA-ya istinadən məlumat verir ki, hadisə rayonun Bayan kəndi ərazisində baş verib.
Oğuz rayon sakini 18 yaşlı Kənan Ellazovun idarə etdiyi BMW markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində sürücü Kənan Ellazov və avtomobildə olan sərnişin 37 yaşlı Oğuz rayon sakini Qafqaz Əsgərov xəsarət alıblar.
Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. K.Ellazov və Q.Əsgərova Oğuz RMX-da ilkin yardım göstərildikdən sonra müayinə və müalicələrini davam etdirmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) göndəriliblər.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Bakıda gecə saatlarında ağır qəza nəticəsində həlak olan şəxs İŞ ADAMI İMİŞ
- Sumqayıt-Bakı yolunda yük maşınının iştirakı ilə dəhşətli qəza - ANBAAN VİDEO
- Bakıda "BakuBus" yük maşınına ÇIRPILDI: Sürücünün son durumu AÇIQLANDI
- Tovuzdakı dəhşətli qəzanın DETALLARI: Ölən şəxsin bir ay sonra TOYU OLACAQMIŞ
- Yük maşını evə çırpıldı: Xəsarət alan var