Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Qətər əmiri ABŞ-ni İrana "ölümcül zərbə" endirməkdən çəkindirib
Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Tani ABŞ-ni İranın nüvə proqramı ətrafında yaranan böhranın hərbi yolla həllindən çəkindirməkdə mühüm rol oynayıb.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp Dohada ABŞ və Qətərin işgüzar dairələrinin nümayəndələri ilə görüşündə bildirib.
"İranın bəxti gətirib ki, onun Qətər əmiri kimi himayədarı var. Çünki o, həqiqətən, onlar üçün mübarizə aparır. O, Tehrana ölümcül zərbə endirməyimizi istəmir və daim deyir ki, İran saziş imzalaya bilər, İran saziş imzalaya bilər", - deyə Tramp qeyd edib.
"Hesab edirəm ki, İran əmirə çox minnətdar olmalıdır, çoxları mənə, sadəcə olaraq, zərbə endirməyi məsləhət görürlər, çünki bizi heç kim məğlub edə bilməz. Dünyada ən güclü ordu ABŞ-dədir, nə Çində, nə də Rusiyadadır", - deyə ABŞ prezidenti iddia edib.
"Donald Tramp" teqi üzrə xəbərlər
- Cey Di Vens: "Tramp İranın nüvə proqramını dayandırmaq üçün zəruri olan hər şeyi edəcək"
- Keçmiş Pentaqon rəhbəri: "İrana hücum ABŞ-ni regional müharibəyə sürükləyəcək"
- Tramp Çinin İrana kömək etməyəcəyini bildirib
- Əraqçı: "İran ABŞ hərbçilərinin Yaxın Şərqə hücumuna cavab verməyə hazırdır"
- Pakistan Trampı Nobel Sülh Mükafatına namizəd göstərib