Qətər sahillərində vurulan gəmi ABŞ bayrağı altında hərəkət edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
"Qətər sahillərində vurulan quru yük gəmisi ABŞ bayrağı altında üzürdü və Birləşmiş Ştatlara məxsus idi", - deyə nəşrdə qeyd olunur.
Xatırladaq ki, bundan əvvəl İran ordusunun nümayəndəsi Məhəmməd Əkrəminiya bəyan edib ki, İran ABŞ-nin Tehrana qarşı sanksiya siyasətini dəstəkləyən ölkələrin gəmilərinin Hörmüz boğazından keçməsinə icazə verməyəcək.
Qətər sahilləri yaxınlığında gəminin vurulması nəticəsində kiçik yanğın baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Yük Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.
"Quru yük gəmisinin kapitanı mərminin düşdüyünü bildirib. Meydana gələn yanğın söndürülüb, itki yoxdur. Ətraf mühitə mənfi təsir qeydə alınmayıb", - deyə sənəddə qeyd olunur.
İnsident hücum kimi tövsif edilib, rəsmilər baş verənlərlə bağlı araşdırma aparır.
