Misir Qətərin Qahirədəki səfirini akkreditasiyadan məhrum edib və ölkəni tərk etməsi üçün 48 saat vaxt verib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Misir XİN-nin bəyanatında deyilir.
“Qətərin Misir ərəb respublikasındakı səfiri bu gün Xarici İşlər Nazirliyinin qərargahına çağırılıb, ona əmirliklə diplomatik əlaqələrin kəsilməsinə dair qərar bəyan edilib və akkreditasiyanın bitməsinə dair rəsmi nota təqdim edilib, - kommünikedə qeyd edilir, - Ona ölkəni tərk etmək üçün 48 saat vaxt verilib”.
BƏƏ, Səudiyyə Ərəbistanı, Misir, Yəmən, Liviyanın müvəqqəti hökuməti və Maldiv Qətərin terrorçuları dəstəklədiyi üçün Doha ilə diplomatik münasibətləri kəsdiyini bəyan ediblər. BƏƏ və Bəhreyn 24 saat ərzində Qətər üçün hava sərhədlərini bağlamaq qərarına gəliblər. Əmirliyin üç şirkəti - Etihad Airways, FlyDubai və Emirates Qətər ilə sabahdan aviaəlaqənin dayandırılacağını bildiriblər. Dohaya uçuşların dayandırılmasına dair Misirin milli avia daşıyıcısı da məlumat yayıb.
S.S.
www.oxu.az