Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Qəzza razılaşması pozuldu: İsrail HƏMAS-ı günahlandırır
İsrailin baş naziri Benyamin Netanyahunun ofisi Fələstinin HƏMAS hərəkatını Qəzza üzrə razılaşmanı pozmaqda və son anda güzəşt əldə etməyə çalışaraq vasitəçilərlə razılaşdırılmış bir neçə bənddən imtina etməkdə günahlandırıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İsrail hökuməti başçısının ofisinin mətbuat xidmətindən məlumat verilib.
"HƏMAS son anda böhran yaradır və bununla da razılaşmanın əldə olunmasına mane olur", - deyə məlumatda qeyd olunub.
Netanyahunun ofisi həmçinin vurğulayıb ki, vasitəçilər HƏMAS-ın razılaşmanın bütün bəndlərini təsdiqlədiyi barədə məlumat verənə qədər İsrail sazişi təsdiqləmək üçün hərbi-siyasi kabineti və hökumətin iclasını çağırmayacaq.

"İsrail" teqi üzrə xəbərlər
- HƏMAS danışıqlar taktikasını dəyişir: Girov mübadiləsi ilə bağlı gözlənilməz yenilik
- Daha bir dövlət İsraildəki səfirliyini Qüdsdə açacaq
- İsrail Cənubi Livandan demək olar ki, bütün qoşunlarını çıxarıb
- "Haber Global"da ABŞ dövlət katibinin İsrailə səfərinə həsr olunan süjet yayımlanıb
- ABŞ İsrailə ağır bombalar göndərib
Rəylər