Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Qırğızıstan prezidenti sabiq ölkə başçısının qohumlarına xəbərdarlıq edib: "Həbs olunacaqsınız"
Qırğızıstanın 2010-cu ildə devrilmiş keçmiş prezidenti Kurmanbek Bakiyevin qohumları vətənlərinə qayıtsalar, həbs olunacaqlar.
Oxu.Az xəbər verir ki, bu xəbərdarlıqla Qırğızıstan dövlətinin başçısı Sadır Japarov "Kabar" agentliyinə müsahibəsində bildirib.
"Maksim (Kurmanbek Bakiyevin oğlu - red) və Canış (keçmiş prezidentin qardaşı - red) məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum ediliblər. Əgər onlar Qırğızıstana gəlsələr, həbs ediləcəklər", - deyə Sadır Japarov qeyd edib.
Xatırladaq ki, Kurmanbek Bakiyev 2010-cu ilin aprelində ölkədə baş verən siyasi qarşıdurma nəticəsində devrilib. Onu mühafizə edən əsgərlərlə müxalifət tərəfdarları arasında baş verən qarşıdurma zamanı 80-dən çox insan həlak olub, yüzlərlə şəxs yaralanıb. Nəticədə sabiq prezident K.Bakiyev əvvəl paytaxt Bişkeki, sonra isə Qırğızıstanı tərk etmək məcburiyyətində qalib. Onunla bərabər bir çox qohumları da respublikanı tərk ediblər. Artıq 15 ilə yaxındır ki, keçmiş dövlət başçısının ailəsi və yaxın qohumları Minskdə, oğlu Maksim isə Londonda yaşayır.
"Sadır Japarov" teqi üzrə xəbərlər
- Qırğızıstan Tacikistanla münaqişəli əraziləri mübadilə edib
- Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər
- Qırğızıstan prezidenti baş naziri vəzifədən azad etməsinin səbəbini açıqladı
- Qırğızıstanda yeni hökumət başçısı təyin edildi
- Qırğızıstanda baş nazirin vəzifəsindən azad edilməsinin səbəbi açıqlandı