Ermənistanın baş naziri Nikol Paşinyan Qırğızıstan Prezidenti Sadır Japarovla keçirilən mətbuat konfransında yol verdiyi səhvdən sonra Dövlət Protokol Xidmətinin rəhbəri Qaqik Vanoyanı vəzifəsindən azad edib.
Oxu.Az xəbər verir ki, işdən çıxarılma ilə bağlı müvafiq qərar Ermənistan hökumətinin rəsmi saytında dərc olunub.
Ermənistan mətbuatında yayılan məlumatlara görə, 2022-ci ilin dekabr ayından bu vəzifəni icra edən xidmət rəhbərinin işdən çıxarılmasına səbəb oktyabrın 17-də İrəvanda Japarovla aparılan danışıqların ardınca mətbuata verilən bəyanat zamanı Paşinyanın yol verdiyi ifadə səhvi olub.
Həmin vaxt Paşinyan Japarova müraciət edərkən onu Qazaxıstan prezidenti kimi təqdim etmişdi.