Bu il oktyabrın 1-nə olan vəziyyətə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 74 milyard 4 milyon ABŞ dolları təşkil edib.
Oxu.Az ARDNF-yə istinadən xəbər verir ki, bu göstərici yanvarın 1-i ilə müqayisədə 0.6 faiz çoxdur.
Qeyd olunur ki, 2026-cı ilin yanvar-sentyabr aylarında ARDNF-in aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə (70 milyard 161,7 milyon dollar) ilə müqayisədə 5.5 faiz artmaqla 74 milyard 4 milyon dollara çatıb.
ARDNF dövlət büdcəsinə 9 milyard 628 milyon manat transfert edib, "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın maliyyələşməsinə 3.6 milyon manat, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" nın maliyyələşməsinə 21.9 milyon manat, beynəlxalq ikili diplom proqramlarının maliyyələşdirilməsi 2.2 milyon manat, idarəetməyə isə 25.5 milyon manat xərcləyib.