Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Qırğızıstanda prezidentin qardaşı oğlu həbs edildi
Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DMTK) əməkdaşları ölkə Prezidenti Sadır Japarovun qardaşı oğlu Ulan Japarovu saxlayıblar.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Sputnik Qırğızıstan" mənbələrinə istinadən xəbər verir.
Bildirilir ki, U.Japarov barəsində 19 avqusta qədər həbs qətimkan tədbiri seçilib.
"O, ağır cinayət - xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur", - deyə məlumatda qeyd edilib.
2023-cü ilin iyun ayında Ulan Japarov artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı. O, gömrükdə korrupsiya sxemlərində iştirakda ittiham olunurdu. Sonradan cəzası ev dustaqlığı ilə əvəzlənmişdi.
"Qırğızıstan" teqi üzrə xəbərlər
- Qırğızıstanda "Rusiya Evi"nin əməkdaşı həbs edilib
- Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir
- Qırğızıstanın keçmiş prezidenti Atambayevə hökm oxundu
- Cahit Yaycı AB ilə müqavilə imzalayan dövlətləri kəskin tənqid etdi: "Bunun hesabı verilməlidir"
- Mərkəzi Asiyanın türk dövlətlərindən Türkiyəyə qarşı qərar