Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Qızıl füçerslərinin qiyməti yenidən tarixi maksimumunu yenilədi
"Comex" birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) 2025-ci ilin iyun ayında tədarüklə birlikdə qızıl füçerslərinin qiyməti tarixi maksimumunu yeniləyərək bir troy unsiyası üçün 3250 dollardan yuxarı qalxıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ticarət platformasının məlumatlarında bildirilir.
Bakı vaxtı ilə saat 14:13-ə olan məlumata görə, qiymətli metalın qiyməti 0.44% artaraq 1 troy unsiyası üçün 3 251.9 dollar təşkil edib.
Asiya bazarlarında qızıl qiymətləri rekord həddə yüksəlib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Investing.com məlumat verib.
Məlumata görə, spot qızılın qiyməti 1%-dən çox artaraq bir unsiya üçün rekord həddə - 3 220.20 dollara çatıb, iyunda başa çatan qızıl füçersləri isə 1.7% artaraq bir unsiya üçün 3 231.69 dollar olub.
Qeyd edək ki, qızılın qiyməti ABŞ-Çin ticarət rüsumları mübadiləsi fonunda kəskin şəkildə yüksəlir. Təhlükəsiz aktivlərə tələbat ABŞ və Çin arasında şiddətli ticarət müharibəsi ilə bağlı artan narahatlıqlar səbəbindən artmağa davam edir.